Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:06

Britaniya və Almaniya Belarusa sanksiya qoymağa çağırır


Britaniya və Almaniya xarici işlər nazirləri Belarusa qarşı sanksiya qoymağa çağırır.
Bu barədə «Wall Street Journal» qəzeti yazıb.

Məqalədə qeyd olunur ki, dünya ölkələri son 6 həftə ərzində Belarusda baş verənləri narahatlıqla izləyib.

«Dekabrın 19-da prezident seçkilərinin ardınca baş verən zorakılıqlar «dəhşətli» idi. Dünya mətbuatının diqqəti başqa hadisələrə yönəldiyi halda Belarusda repressiyalar davam edib».

Prezidentliyə namizəd 4 nəfər və xeyli sayda siyasi və vətəndaş cəmiyyəti fəalı həbsdə saxlanılmaqdadır : «Onların çoxu iğtişaşların təşkilində ittiham olunaraq illərlə həbs cəzası alır».

«Wall Street Journal» yazır ki, Belarus rejimi azadlıq çağırışları edənləri də təqib edir: «Hər gün Belaus ətrafında evlər və ofislərə reydlər olur. 200-dən çox adam Belarus məxfi xidməti tərəfindən sorğu-sual edilib. Bu, dekabrın 19-da həbs olunan 700 nəfərə əlavədir».

Qəzet bildirir ki, AB-nin Xarici Əlaqələr Şurasında Belarusun məsələsi qaldırılacaq. Və prezident Akleksandr Lukaşenko rejiminə qarşı yeni ölçülər nəzərdən keçiriləcək :

«Əgər Belarus dünyaya üzünü çevirərsə bu, Belarus üçün pis olacaq» deyə Britaniya və Almaniya xarici işlər nazirləri bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG