Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:42

Nazirlərin Moskva görüşündə Qarabağ məsələsi müzakirə olunub


Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin yanvarın 24-də Moskvada keçirdikləri görüşdə prezidentlərin Həştərxanda verdikləri tapşırıqlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub.

Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç cümə axşamı keçirdiyi brifinqdə bildirib.

Lukaşeviç qeyd edib ki, görüş mətbuatın iştirakı olmadan keçirildiyindən onda hər hansı razılıq barədə məlumat yoxdur.

O, deyib ki, görüşdə həmsədrlərin regiona səfəri də müzakirə olunub.
XS
SM
MD
LG