Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:49

Ombudsman müsavatçılarla bağlı Ramil Usubova müraciət edib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova müsavatçı gənclərin polisin təzyiqinə məruz qalması faktı ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.

Bu barədə ANS PRESS-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı yanvarın 25-də Ombudsman Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciət edib.

O, yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərkən polisin müsavatçılarla kobud davrandığını bildirib.

Ombudsman Ramil Usubovdan şikayətdə göstərilən halların araşdırılması və müvafiq tədbirlər görülməsini, eyni zamanda gələcəkdə bu cür halların baş verməməsi üçün polis əməkdaşları ilə izahat aparılması və nəticəsi barədə məlumat verilməsini xahiş edib.
XS
SM
MD
LG