Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:00

Cümə namazında Mübarəkin taleyi həll edilə bilər


Misir prezidenti Hüsnü Mübarək əleyhinə şüarlar, Qahirə, 27 yanvar 2011
Misir prezidenti Hüsnü Mübarək əleyhinə şüarlar, Qahirə, 27 yanvar 2011


H.KLİNTON MİSİR HÖKUMƏTİNİ SİYASİ İSLAHATLARA ÇAĞIRIR



Misirdə Hüsnü Mübarəkin 30 illik hakimiyyətinə qarşı etiraz askiyaları üçüncü gündür davam edir. Yanvarın 27-də səhər saatlarında bir dəstə adam paytaxt Qahirə və Suez şəhərinin mərkəzinə toplaşıb.

ABŞ Dövlət Katibi Hillari Klinton da Vaşinqtonun ən yaxın müttəfiqlərindən olan Misir rəhbərliyini ölkədə genişmiqyaslı islahatlara imkan verməyə və hökumət əleyhinə mitinqləri dağıtmamağa çağırıb:

- Biz tam əminik ki, Misir hökumətinin xaqlın qanuni haqlarından irəli gələn ehtiyaclarının ödənilməsi üçün siyasi, iqtisadi və sosial islahatlar həyata keçirməsinin əsl vaxtıdır.

Hillari Klinton həmçinin hökuməti mobil telefon xidmətlərinə
H.Klinton Qahirədə H.Mübarəklə görüşdə, 4 noyabr 2009
və internetdə sosial şəbəkələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb.


1000 NƏFƏR TUTULUB, AMMA AKSİYALAR DAVAM EDİR



Yanvarın 25-dən paytaxt Qahirədə prezident Hüsnü Mübarəkin istefası tələbilə keçirilən etiraz aksiyalarını dağıtmaq üçün polis gözyaşardan qazdan, rezin güllələrdən istifadə edib. Aksiya iştirakçıları da polisi daşa basıb, maşınlarını yandırıblar.

Suez şəhərində isə qəzəbli vətəndaşlar hökumət binalarını yandırıblar. Zorakılıqlarda azı altı nəfər həlak olub.

Təhlükəsizlik qüvvələri 1000 nəfərin həbs edildiyini, onlardan 40 nəfərinə rejimi dəyişməyə cəhd ittihamı ilə cinayət işi başlandığını bildirir.

Həbslər və zorakı üsullar aksiya iştirakçılarının sayına təsir etsə də belə sərt silahlı müdaxilə həm də ictimai qəzəbi şiddətləndirir.
Suezdə etiraz aksiyası, 26 yanvar 2011


Etirazlar təkcə paytaxtda deyil, ölkənin bütün ərazisi boyunca yayılmağa başlayır. Bu da kasıblığa, korrupsiyaya, insan haqları pozuntularına qarşı keçirilən etiraz askiyalarını cilovlamaqda polisə mane olur.

Yanvarın 27-də ölkənin şərqində Ismailia şəhərində 600 nəfərin keçiridiyi mitinqi polisin dağıtmaq istəyərkən qarşıdurma yaranıb.



CÜMƏ NAMAZINDAN SONRA YENİ ETİRAZLAR BAŞLAYACAQ


Aksiyaların əsas təşkilatçısı olan 6 Aprel Gənclər Hərəkatı Twitter şəbəkəsində məlumat yayıb ki, Tanta and Alexandria şəhərlərində də etiraz askiyaları başlayıb. Bu hərəkat da öz tərəfdarlarını cümə namazından dərhal sonra kütləvi etirazlara çağırıb.

Misirin ən böyük müxalifət təşkilatı olan və qanunsuz elan edilmiş Müsəlman Qardaşlığı təşkilatı hələlik aksiyaları rəsmən dəstəkləməkdən çəkinir. Təşkilat öz üzvlərini küçələrdə toplu halda gəzməməyə və yanvarın 28-də cümə namazından sonra keçiriləcək etiraz aksiyasına qoşulmağa çağırıb.

ELBARADEYİ "HAZIRAM" DEDİ
Mohamed ElBaradei Vyanadan Qahirəyə yola düşərkən, 27 yanvar 2011
BMT-nin atom enerjisi agentliyinin keçmiş rəhbəri, Misirdə islahatların ən tanınmış çarçılarından olan Muhammad ElBaradei də Vyanadan Misirə dönüb. Təhlilçilər hesab edirlər ki, əslən Misirdən olan Baradeyi tezliklə bu ölkədə hərəkatın liderinə çevrilə bilər.

ElBaradei özü də Misirdə dəyişikliklərə rəhbərlik etməyə hazır olduğunu, sabah keçiriləcək cümə namazında iştirak edəcəyini deyib.




YƏMƏN DƏ QAYNADI

Bu gün Yəməndə də prezidentin istefası tələbilə minlərlə adam etiraz askiyaları başlayıb. Reuters agentliyi paytaxt Sanaada azı dörd müxtəlif yerdə askiyası keçirildiyini bildirir. Sanaa Universitetinin qarşısına azı 10 000 adam toplaşıb.

Yəmən prezidenti Ali Abdullah Saleh də 1978-ci ildən hakimiyyət başındadır.
Yəməndə prezident Ali Abdullah Salehin istefası tələbilə etiraz aksiyası, 27 yanvar 2011


Tunisdə etiraz aksiyaları ilə prezident Ben Alinin ölkədən qaçmasından sonra ərəb ölkələrini bürüyən etiraz dalğası hazırda Davosda keçirilən Dünya İqtisadi Forumunda da diqqət mərkəzindədir. Forumda çıxış edən Ərəb Liqasının Baş katibi Əmir Musa bildirib ki, Tunisdən başlayan dalğa ərəb ölkələrində ciddi demokratik islahatlara ehtiyac olduğunu göstərir:

- Ərəb vətəndaşlar qəzəblidir, onlar beziblər. Məsələ budur. Yəni, bu oyunun adı islahatlardır. İslahat olmalıdır.

Əmir Musa özü də əslən Misirdədndir və Hüsnü Mübarəkin zamanında 10 il xarici işlər naziri vəzifəsində çalışıb.

JURNALİSTLƏR YENƏ HƏDƏFDƏDİR

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə polis Misirdə etirazları yatırarkən yerli və beynəlxalq jurnalistləri də hədəfə alıb. “Associated Press” agentliyinin fotomüxbirini polis döyüb. Agentliyin həbs edilən çəkiliş qrupu üzvləri yanvarın 27-də azad edilib. Amma Komitə məlumat verir ki, ümumilikdə tutulan jurnalistlərdən yeddisi hələ də həbsdədir.
XS
SM
MD
LG