Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:20
Müsəlmanların sayı artacaq

Növbəti 20 ildə dünyada müsəlmanların sayı 35 faiz artacaq və 2030-cu ildə 2 milyard 200 milyona çatacaq. Müsəlman əhalinin artım tempi qeyri-müsəlmanların artım tempindən 2 dəfə sürətli olacaq.

Din və İctimai həyat üzrə PEW Araşdırmalar Mərkəzinin hazırladığı hesbatda belə deyilir. Mərkəzin proqnozuna görə, bugünkü artım templəri davam etsə, 2030-cu ildə dünya əhalisi 8.3 milyard olacaq. Və bunun 26.4 %-ini, müsəlmanlar təşkil edəcək.


Ancaq, əslində artım tempi yavaşlayıb

Ancaq, Pew mərkəzi, qeyri-müsəlmanları sakitləşdirəcək bir rəqəm də verir. Gələn 20 ildə müsəlmanların artımı, qeyri müsəlman əhalidən 2 dəfə çox olsa da, bu, son 20 illə müqayisədə azalma mənasına gələcək. Çünki 1990-cı ildən 2010-cu ilə kimi dünyada müsəlmanalrın sayı ildə 2.2 faiz artırdı, 2010-cu ildən 2030-cu ilə qədər isə ancaq 1.5 faiz olacaq.


İslamın yayılmasından isteriyaya düşməyə ehtiyac yox imiş

Philip Jenkins, Xristianlıq və İslamla bağlı kitabların müəllifi olan alim The Washington Post qəzetinə deyib ki, bu araşdırmadakı bəzi rəqəmlər Avropa və Amerikada islamın yayılmasından qorxanların isteriyasının da qarşısını ala bilər. Çünki rəqəmlərə görə, əgər bu gün dünya müsəlmanlarının 82 faizi Asiya, Yaxın Şərq və Şimali Afrikada yaşayırsa, 20 il sonra da bu rəqəm təxminən eyni qalacaq, 79 faiz olacaq. 2030-cu ildə Avropa əhalisinin 8 faizi müsəlmanlardan ibarət olacaq, bugünkündən 2 faiz çox.

Ancaq, növbəti 20 ildə ABŞ-müsəlmanlarının ayının 2 dəfə artması və 6.2 milyona çatması gözlənilir. Və bunların arasında amerikada doğulanların sayı da 45 faiz olacaq.


Bu araşdırma kimə lazımdır?
Və ya niyə dünyanı müsəlmanlar və başqalarına bölürlər?


Bəzi ekspertlər ümumiyyətlə bu cür araşdırmanın aparılmasına qarşıdırlar. Deyirlər ki, insanların nəyə görə müsəlmanlar və qeyri-müsəlmanlara bölünməsini, başqa sizlərə bizlərə və başqalarına bölünməsini anlamır.

Ancaq, Princeton Universitetindən Amaney Jamal deyir ki, müsılmanların yaxın zamanda dünyada dominantlıq edəcəyindən vahimlənənlər üçün bu araşdırmada yaxşı cavabdır. Rəqəmlər göstərir ki, müsəlmanlar qeyri-adi heç nə etmirlər.

Ohio Universitetindən John Casterline isə deyir ki, dünya sakinlərinin müsəlman və qeyri-müsəlmanlara bölünmüəsini o da bəyənmir. Ancaq, ümumilikdə bəzi ölkələrdə əslində bu cür bölgü çox ciddi siyasi nəticələr də verə bilər və bunu bilməkdə fayda var. Məsələn, Casterline İsrail və Nigeriyanı misal çəkir. 2030-cu ildə İsraildə yaşayan müsəlmanların sayı bugünkü 14 faizdən 23 faizə qədər artacaq, Nigeriyada isə bu gün əhalinin yarısı müsəlan, yarısı xristiandırsa, 20 il sonra müsəlmanlar artacaq. Və bu da uzun illərdir ki, dinlərarası mübarizənin getdiyi bu ölkələrdə vəziyyətə təsir edə bilər.

Gənc müsəlmanların çoxluğu yeni inqilablara səbəb ola bilər

Bir başqa araşdırmaçı, George Mason Universitetindən Qlobal Araşdırmalar Mərkəzinin Direktoru Peter Mandaville The New York Times qəzetinə deyir ki, bu araşdırmada diqqətini çəkən ən önəmli məqam yeniyetmə və gənc müsəlmanların ayıdır. Rəqəmlərə görə, növbəti 20 ildə də 20-30 yaşlarında olan gənc və aktiv müsəlmanların sayı pik səviyyəsində olacaq. Mandaville-nin sözlərinə görə, əgər bu gənclərin məşğulluq məsələsi həll olunmasa, işsizlik yenə də yüksək səviyyədə qalarsa, bu gün Tunisdə və Misirdə baş verənlər daha tez-tez təkrarlana bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG