Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:10

14 saylı cəza çəkmə müəssisəsində ölüm hadisəsi baş verib


Yanvarın 27-i Bakıdakı 14 saylı cəza çəkmə müəssisəsində ölüm hadisəsi baş verib. Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, müəssisədə cəza çəkən 1973-cü il təvəllüdlü Habil Bünyadov ölüb. Onun halı qəfildən pisləşib və müəssisənin tibb məntəqəsinə gətirilib. Burada isə 38 yaşlı məhbus vəfat edib. İlkin ehtimala görə, H.Bünyadov infarktdan ölüb.

Hadisə ilə bağlı ekspertiza təyin olunub və ekspertin rəyindən sonra ölüm hadisəsinin konkret səbəbi məlum olacaq.

Məlumatda o da bildirilir ki, H.Bünyadov Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə həbs edilib. Ona 6 il müddətində azadlıqdan məhrumetmə cəzası verilib.

Beyləqan rayonu Yuxarı Kəbirli kənd sakini H.Bünyadov 2005-ci ildən məhkumluq həyatı yaşayıb, onun azadlığa çıxmasına bir neçə ay qalıbmış.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sözçüsü Mehman Sadıqov AzadlıqRadiosuna məlumatı nə təsdiq, nə də təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG