Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:05

«Neft Fondunun maliyyələşdirdiyi layihələr tam şəffafdır»


Dövlət Neft Şirkətinin icraçı direktoru Şahmar Mövsümov bəzi mətbuat vasitələrində Neft Fondunun qeyri-şəffaf fəaliyyəti barədə səslənən fikirləri əsassız sayır:

«Dövlətin ali maliyyə orqanı olan Hesablama Palatasının istənilən dövlət xərcinə nəzarət həyata keçirmək hüququ var və o hüquqdan da istifadə edir. Vəsaitlərin Dövlət Xəzinədarlığından kənar aparılması və ya Hesablama Palatasının onun fəaliyyətinə nəzarət etmək imkanının olmaması barədə deyilənlər də həqiqətə uyğun deyil».

Şahmar Mövsümov əlavə edib ki, 2010-cu ildə Neft Fondu Hesablama Palatasının auditindən keçib və bu zaman heç bir nöqsan aşkar edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG