Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:17

Yəmənlilər də prezidentin istefasını tələb edirlər


Yəmən paytaxtında minlərlə adam nümayiş keçirərək, prezidentin istefasını tələb edirlər.

Nümayişçilər şəhərin azı 4 müxtəlif yerində toplaşıb.

«Reuters» agentliyi yazır ki, 10 mindən çox adam Sana universitetinin yaxınlığında, daha 6 min isə başqa yerdə toplaşıb.

Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib və Tunis prezidentinin nümunəsini xatırladıblar.

Yəmən prezidenti Əli Əkbər Saleh 1978-ci ildən hakimiyyətdədir. Tunis prezidenti Zin əl-Abidin Ben Əli 20 ildən çox hakimiyyətdə qalandan sonra bu ayın əvvəlində devrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG