Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:15

YAP İran televiziyasının antiazərbaycan təbliğatını pisləyib


Hakim Yeni Azərbaycan Partiyası İranın birinci televiziyasının apardığı antiazərbaycan təbliğatını pisləyib.

İranın KİV nümayəndələri öz ölkələrinin İran hökuməti tərəfindən dəfələrlə bəyan edilən rəsmi mövqeyinə qarşı çıxmamalıdır. Bu barədə jurnalistlərə partiyanın sədr müavini Əli Əhmədov deyib.

İranın ictimai televiziyasında Azərbaycana qarşı mənfi bəyanatlar verilib, Dağlıq Qarabağ isə müstəqil dövlət kimi təqdim olunub.

Əhmədov deyib ki, Azərbaycan digər ölkələrin daxili işlərinə qarışmır və başqa dövlətləri də buna çağırır.

«Biz gələcəkdə də qarşılıqlı hörmət və milli prioritetlər prinsipi əsasında İran ilə çoxtərəfli əlaqələri inkişaf etdirməyə və genişləndirməyə hazırıq», - o, qeyd edib.
O, İranın rəsmi strukturlarını həmin faktları araşdırmağa və bu materialların arxasında hansı qüvvələrin dayandığını aşkarlamağa çağırıb. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG