Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:08

Fermerlərin əsas problemi


Ölkə fermerlərinin satışda və ixracda üzləşdikləri əsas problem istehsal olunan məhsulların dünya standartlarına uyğun gəlməməsidir.

Bu fikirlər Gəncədə «Kənd təsərrüfatında marketinqin təşkili və beynəlxalq inteqrasiya» mövzusunda keçirilən seminarda səsləndirlib.

Seminarda Kentukki Universitetinin nümayəndə heyəti, ADAU-nun əməkdaşları və Qərb bölgəsində fəaliyyət göstərən fermerlər iştirak edib.

Aqrar Universitetin prorektoru İbrahim Cəfərov bildirib ki, seminarın təşkilində əsas məqsəd ölkənin ərzaq təhlükəsizliyində əhəmiyyətli rol oynayan kənd təsərrüfatında marketinqin təşkilidir. Hazırda dünya bazarlarında keyfiyyətli məhsula yüksək tələbat var. Bu səbəbdən də fermerlər ekoloji təmiz məhsulların yetişdirilməsinə xüsusi önəm verməlidir. Universitet aqrar sektorda beynəlxalq təcrübənin effektiv tətbiqi və ixtisaslı kadrlar yetişdirmək üçün bir sıra inkişaf etmiş ölkələrin universitetləri ilə əməkdaşlıq qurur.

Aqrar Universitet hazırda Kentukki Universiteti ilə danışıqlar aparır, yaxın gələcəkdə imzalanacaq müqavilə əsnasında təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsi həyata keçiriləcək.
XS
SM
MD
LG