Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:37

Bir sıra kənd təsərrüfatı malları ƏDV və gömrük rüsumundan azad edilib


Dəyişikliklər qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin artırılması məqsədi daşıyır
Dəyişikliklər qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin artırılması məqsədi daşıyır
Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana gətirilən bir sıra mal və avadanlıqlar əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azad olunub.

Qanunvericiliyə edilmiş dəyişikliklər ölkədə qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin artırılması, yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi daşıyır.

İDXAL GÖMRÜK RÜSUMUNDAN VƏ ƏDV-DƏN AZAD OLUNAN MALLARIN SİYAHISI


  • Safqanlı cins iribuynuzlu heyvanlar,
  • Safqanlı cins qoyunlar,
  • Safqanlı cins keçilər
  • Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqları (Gallus domesticus)
  • Əkin üçün soya paxlalı bitkilər
  • Əkin üçün günəbaxan toxumu
  • Əkin üçün şəkər çuğunduru toxumu
  • Əkin üçün qırmızı üçyarpaq yonca toxumu (Trifolium pretense L.)
  • Əkin üçün yem çuğundurunun toxumu (Beta vulgaris var.alba)
  • Gübrələr
  • Kənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr (3808 94 mal mövqeyində göstərilən dezinfeksiyaedici vasitələrdən başqa)
  • Kənd təsərrüfatı məhsulları üçün quruducular
  • Süd separatorları
  • Qida sənayesində istifadə edilən suyun süzülməsi və ya təmizlənməsi üçün qurğu və avadanlıqlar
  • Ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər qabların yuyulması və qurudulması üçün avadanlıqlar
  • Ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri
  • Kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan və səpələyən qurğular, daşınan və digər qurğular
  • Xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər
  • Xüsusi olaraq kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular
  • Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün maşınlar (8432 80 000 0 mal mövqeyində sinifləşən qazon və ya idman meydançaları üçün katoklar istisna olmaqla)
  • Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, press-çeşidləyici, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya kalibrlənməsi üçün maşınlar
  • Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar
  • Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər
  • Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa
  • Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya uçucu olmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa

Bu qərar 2011-ci il martın 1-dən qüvvəyə minir və üç il müddətində qüvvədədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG