Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:44

60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb


78 nəfər hakimliyə namizəd dövlət başçısının sərəncamları ilə hakim vəzifələrinə təyin edilib

78 nəfər hakimliyə namizəd dövlət başçısının sərəncamları ilə hakim vəzifələrinə təyin edilib

Azərbaycan Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib ki, Azərbaycanda yeni iqtisadi münasibətlərin formalaşması və mülki dövriyyənin sürətlə artması məhkəməyə müraciətlərin sayının da dəfələrlə çoxalmasına səbəb olub. 1999-cu illə müqayisədə mülki mübahisələrin sayı 6 dəfə artıb. Təkcə 2010-cu ildə mülki işlər üzrə məhkəmələrə müraciətlərin sayı 15%, iqtisadi mübahisələr üzrə isə 30%-dək çoxalıb.

Bununla əlaqədar iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayı 2 dəfə artırılıb, habelə kobud qanun pozuntuları, neqativ hallara yol verən 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

İclasda qeyd olunub ki, hakimliyə namizədlərin şəffaf üsullarla seçimi prosesi 2010-cu ildə də davam edib. 78 nəfər hakimliyə namizəd dövlət başçısının sərəncamları ilə hakim vəzifələrinə təyin edilib.

Hakimlər tərəfindən yol verilən kobud nöqsan və qanun pozuntularının aradan qaldırılması diqqət mərkəzində saxlanılıb. Ötən il 21 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 nəfərin iş yeri dəyişdirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG