Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:43

Davosda beynəlxalq iqtisadi forum başlanıb


İsveçrənin Davos şəhərində beynəlxalq iqtisadi forum başlanıb.

Toplantıda 2500-dən çox siyasi və ictimai xadim, iş adamı, habelə 30-dan artıq dövlət başçısı iştirak edir.

Azərbaycan prezidenti İlham Əliyev də forumda iştirak edir.

Forumun ilk günü Rusiya prezidenti Dimitri Medvedevin çıxışı olub.

O, həmçinin forum çərçivəsində iri dünya şirkətlərinin nümayəndələri ilə görüşüb.

Moskvadakı teror aktına görə Rusiya prezidentinin Davosa səfəri qısa çəkəcək.
Forum yanvarın 30-dək davam edəcək.
XS
SM
MD
LG