Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:52

Misirdə yenə də etiraz aksiyaları keçirilib


Hakim dairələrin qadağaqsına baxmayaraq çərşənbə günü Misirdə prezident Hüsnü
Mübarəkin istefası tələbilə kütləvi etiraz aksiyaları keçirilib.

Paytaxt Qahirə, Suez və ölkənin digər şəhərlərində yenidən insanlar küçələrə çıxıb.

Polislə nümayişçilər arasında toqquşmalar olduğu xəbər verilir.

Rəsmi məlumatlarda 500-ə yaxın aksiyaçının saxlandığı bildirilir.

Bu günlərdə ölkədə keçirilmiş etiraz nümayişlərində polislə baş vermiş toqquşmalarda 3 nümayişçi və 1 polis ölüb.

Ölkədə Facebook və Twitter, internet şəbəkələrinə çıxış bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG