Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:25

Keçmiş Tunis prezidentinin həbsinə order verilib


Tunisin hakim dairələri keçmiş prezident Zine əl Abidin Ben Əli və onun həyat yoldaşı Leyla Trabelsinin həbsinə beynəlxalq order verib.

Onlar böyük məbləğdə dövlət əmlakını oğurlamaqda ittiham olunurlar.

Ölkənin yeni hakimiyyəti onların həbsiylə bağlı artıq İnterpola müraciət edib.

Keçmiş prezidentin Səudiyyə Ərəbistanına qaçdığı bildirlir.

Ədliyyə naziri artıq prezidentin 7 qohumunun həbs olunduqlarını deyir.

Çərşənbə günü Tunisdə yenə də nümayişçilərlə polis arasında toqquçma olub.

Nümayişçilər keçmiş məmurların yeni hökumətə cəlb olunmasına etiraz edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG