Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:34

BBC Azərbaycan dilində radioyayımı dayandırır


BBC-nin ümumdünya xidməti ümumilikdə 650 əməkdaşının işdən azad edildiyini bəyan edib.

Bu təxminən 25 faiz deməkdir.

İnterfaksın məlumatına görə, ixtisarlara görə, azərbaycan, türk, rus, ukrain, vyetnam və çin dillərində radio yayımlar dayandırılacaq.

Bu proqramlar yalnız xidmətin internet saytları vasitəsi ilə yayımlanacaq.

Buna səbəb hökumətin xarici yayımlara ayırdığı qrantların kəsilməsidir.

Bu ixtisarlar çərçivəsində həmçinin alban, makedon, serb xidmətləri, habelə Karib regionu və Afrika ölkələri üçün yayımlanan proqramları bağlanacaq.

BBC-nin ümumdünya xidmətini Bğyük Britaniyanın xarici işlər nazirliyi maliyyələşdirir.

Britaniya hökuməti ötən il oktyabrın 20-də dövlət büdcəsinin xeyli ixtisar olunacağını bəyan eləmişdi.
XS
SM
MD
LG