Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:28
“Məşhur “Əli və Nino” romanının əsasını Yusif Vəzir Çəmənzəminlinin yazdığı sevgi hekayəti təşkil edir. Həmin hekayətə gürcü yazıçısı Qriqol Robakidzenin əsərindən də müəyyən hissələr əlavə edilib.

Romanın müəllifi kimi təqdim edilən Məhəmməd Əsəd bəy təxəllüslü Lev Nisselbaum sadəcə bunlara əl gəzdirərək son məhsulu çapa hazırlayıb“.

Bu, Amerikada nəşr edilən “Azerbaijan İnternational” jurnalının kitab qalınlığında olan yeni sayındandır.

Xüsusi say “Əli və Nino” romanının kim tərəfindən yazılması haqda araşdırmalara həsr edilib.

Daha doğrusu jurnalın redaktoru Betti Bleyr və onun əməkdaşlıq etdiyi araşdırmaçılar romanı Yusif Vəzir Çəmənzəminlinin yazdığını sübut etməyə çalışırlar.

B.Bleyr iddia edir ki, Məhəmməd Əsəd bəyin özü də ölüm ayağında (1942) italyan dostu Pima Andreaya yazdığı məktubda “Əli və Nino”nun ilk əlyazmasının ona məxsus olmadığını etiraf edib.

B.Bleyr jurnalın xüsusi sayının 6 illik araşdırmalara əsaslandığını bildirir.

“Əli və Nino” ilə bağlı araşdırmaları böyük bir alim qrupu aparıb. Tədqiqatlar 10 dildə aparılıb: ABŞ, Avropa və Azərbaycanda kitabxana və əlyazma institutlarında.

Tədqiqatçılar arasında Azadlıq Radiosu Azərbaycan xidmətinin sabiq rəhbəri, Dr. Abbas Cavadi də var.

Tofiq Hüseynoğlu, Ramiz Abutalıbov, Məhərrəm Qasımlı kimi Azərbaycanda tanınan alimlər də araşdırmalarda iştirak ediblər.

Həmçinin oxu
Betti Bleyrin Çingiz Abdullayevə cavabı ("Əli və Nino" kimindir?)
Betti Bleyrin Həsən Quliyevə sərt cavabı
Betty Bleyerin Nuridə Atəşiyə cavabı
Yusif Vəzir sağ olsaydı «Əli və Nino»nun müəllifi olardımı?
Azərbaycanın kimlik kartı: «Əli və Nino»
Əsəd bəy və Nuridə xanım

Günün bütün mövzuları

XS
SM
MD
LG