Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:26

Bəxtiyar Hacıyev yenidən polisə izahat verib


Deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev yanvarın 26-da yenidən polisə izahat verib, bu dəfə kamera qarşısında. Onun Gəncəni tərk etməməsi barədə qəti-imkan tədbiri seçilib.

B. Hacıyev deyir ki, yanvarın 31-də saat 11:00-da Səbail rayon Məhkəməsində onun Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin hərəkətinə qarşı qaldırdığı iddiasına baxılacaq.

Bununla əlaqədar Gəncə şəhər Prokurorluğu «istisna hal» kimi onun Gəncədən Bakıya gəlməsinə baxacaq:

«Mənə dedilər prokurorun adına ərizə yaz, sonra qərar veriləcək ki, buraxmaq olar ya yox. Mən məhkəmədən bir neçə gün əvvəl məhkəməyə hazırlıq məqsədilə Bakıya gəlmək istəyirəm. Bunu ərizəmdə də qeyd etmişəm».

B. Hacıyev haqda hərbi xidmətdən yayınma ittihamı ilə cinayət işi açılıb.

O, yanvarın 24-də Gürcüstana gedərkən Qazax rayonunda sərhəd-keçib məntəqəsində saxlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG