Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:39

Azı 70 qeyri-hökumət təşkilatı barəsində sanksiya tətbiq olunacaq


Azay Quliyev

Azay Quliyev

«Bu il Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından dövlət vəsaiti alan ən azı 70 təşkilat barəsində sanksiya tətbiq olunacaq».

Bunu 2010-cu ilin yekunlarına həsr olunmuş hesabat konfransında şura sədri Azay Quliyev deyib. O bildirib ki, şuranı bu addımı atmağa vadar edən bəzi QHT-lərin indiyə qədər hesabat verməməsi olub:

«Bəzi QHT-lər vaxtı-vaxtında götürdükləri layihə üzrə hesabatlarını verməyiblər. Bir qrupu isə ümumiyyətlə, hesabat verməyib. Həm qanunların qarşıya qoyduğu öhdəlik, həm də müqavilə imzaladıqları zaman üzərilərinə götürdükləri öhdəliklər nəzərə alınmır. Bu təşkilatlar əmin olsunlar ki, çox ciddi tədbir görüləcək. İlkin olaraq artıq şuranın bu barədə qərarı var. Ən azı 70 təşkilat bu cür sanksiyalara məruz qalacaq. Belə təşkilatlara 2 il layihələrini verilməsinə qadağa qoyulacaq. Sonda isə barələrində hüquq-mühafizə orqanlarına müraciət ediləcək».

A.Quliyev bildirib ki, heç kimə güzəşt edilməyəcək:

«Heç kimdən asılı olmayaraq, heç bir təşkilata güzəşt olunmayacaq. Bu il də bizdən vəsait alanlar bunu unutmasınlar və öhdəliyə əməl etsinlər». / APA /

Günün bütün mövzuları

XS
SM
MD
LG