Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:47

ABŞ prezidenti amerikalılara müraciət edib


ABŞ prezidenti Barak Obama tədqiqat işlərinə, təhsil və infrastruktura investisiyanı artırmağa çağırıb ki, dünyanın ən böyük iqtisadiyyatı daha rəqabət qabiliyyətli olsun.

Obama amerikalılara müraciətində Sovet İttifaqı ilə kosmik yarışı xatırladaraq ölkəsinin hazırda “sputnik” anı ilə üzləşdiyini bildirib.

“Bir əsr əvvəl Sovetlər bizi kosmosda ötüb keçəndə - yerin ilk süni peykini buraxanda biz bilmirdik ki, ilk insanın Aya enməsi üçün yarışda onları necə ötəcəyik. Bizim elmi bazamız, Milli Aerokosmik agentliyimiz yox idi. Ancaq təhsil və təhqiqat işlərinə yatırım etməyə başlayan kimi nəinki Sovet İttifaqını ötdük, yeni sahələr və milyonlarla yeni iş yeri yaradan innovasiya yüksəlişini stimullaşdırdıq”.

Xarici siyasətə toxunan Obama bildirib ki, İraq müharibəsi artıq başa çatır və ABŞ Əfqanıstandakı qüvvələrini iyul ayından başlayaraq azaldacaq.

Obama Rusiya ilə münasibətlərin bərpa edildiyini və Asiya ölkələri ilə münasibətlərin gücləndiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG