Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:15

Medvedev and içib ki, terrorçular cəzalanacaq


Dmitri Medvedev
Dmitri Medvedev
Yanvarın 25-də Rusiya prezidenti Dmitri Medvedev and içib ki, Moskva aeroportuna hücumu planlaşdıranların tapılıb cəzalandırılmasına nail olacaq.

Moskvanın “Domodedovo” aeroportunda partlayış nəticəsində 35 adam ölüb, 150-dən çox adam yaralanıb.

Televiziya qarşısında göz yaşlarını boğan və özünü toparlayan Medvedev deyib:

“Hər şeyi etmək lazımdır ki, bu cinayətdə əli olan quldurlar aşkar edilib, tutulub məhkəməyə verilsin. Üstəlik, onların cinayətkar yuvası da zərərsizləşdirilməlidir. Kim buna müqavimət göstərir, sərt cavab almalıdır. Onlar yerlərindəcə məhv edilməlidir”.

Medvedev həmçinin “Domodedovo” aeroportunun rəhbərliyinə qarşı da sərt ifadələr işlədib. Deyib ki, aeroportda təhlükəsizlik səhvləri intiharçının yanvarın 24-də hava limanında, adamla dolu zalı tüstü ilə doldurub bomba partlatmasına şərait yaradıb.

HƏR KƏS CAVAB VERMƏLİDİR

Prezident yanvarın 24-də aeroport rəhbərliyinin jurnalistlərə dediyini də hesabat vermək kimi qiymətləndirib:

“Burda açıq-aydın görünür ki, təhlükəsizlik qaydaları pozulub. Belə nəticə real səylər tələb edir. Və buna hər kəs cavab verəcək, qərar verən şirkət də, aeroport rəhbərliyi də - təhlükəsizliyə məsul olan hər kəs cavab verməlidir”.

“Domodedovo” rəhbərliyi təhlükəsizliklə bağlı səslənən tənqidləri rədd edir.

Təhlükəsizlik ekspertləti də təsdiqləyir ki, Moskvanın ən böyük üç aeroportundan biri olan “Domodedovo”da təhlükəsizlik halları zəifdir. Ötən il bu aeroport 22 milyon adama xidmət edib.

YOXLAMA FORMAL XARAKTER DAŞIYIR

Ötən il bu aeroport 22 milyon adama xidmət edib
Semyon Baru Rusiya Akademiyasının nüvə fizikası üzrə institutunun alimi, aeroport üçün rentgen şüalı təhlükəsiz qapıların inkişaf etdirilməsi ilə məşğul olan mütəxəssisdir.

Aeroportun girişindəki təhlükəsizlik yoxlaması, onun sözlərinə görə, sadəcə formal xarakter daşıyır. Baru deyir ki, “Domodedovo” rəhbərliyi onların hazırladığı qapılardan birini alıb, amma sonradan aldıqları məlumata görə, qapının radiasiya yaratması ehtimalına görə istifadəsi dayanıb:

“Aeroporta daxil olarkən adamların keçirdiyi yalnız metalları aşkar edir. Bir neçə kq-lıq metal partlayıcı maddəyə uyğun olan partlayıcı kəmərdə isə heç bir metal olmaya bilər”.

Hələlik partlayışla bağlı heç kəs məsuliyyəti öz üzərinə götürməyib, baxmayaraq, Rusiya Şimali Qafqazdakı yaraqlılardan şübhələnir.

PARTLAYIŞI 30 YAŞLI KİŞİ TÖRƏDİB

Tədqiqatçılar Rusiya mediasına deyiblər ki, partlayışı 30 yaşlı kişi törədib. Digər məlumatlarda intiharçının qadın da ola biləcəyi barədə ehtimallar səslənir.

Şimali Qafqaz yaraqlıları Rusiyada bir neçə hücumun məsuliyyətini öz üzərlərinə götürüblər. Onlardan birində, 2004-cü ildə Beslandakı məktəbdə girov götürülmüş 300-dən çox adam ölmüşdü. Onların arasında məktəblilər daha çox olmuşdu.

Ötən ilin mart ayında Dağıstandan olan iki intiharçı qadının özünü Moskva metrosunda partlatması nəticəsində 40 nəfər ölmüşdü.

Əgər yanvarın 24-dəki hücum da Şimali Qafqaz yaraqlıları tərəfindən törədilibsə, onda bu, xarici vətəndaşları hədəfə alan yeni strategiya ola bilər.

ÖLƏNLƏRDƏN 8-İ ƏCNƏBİDİR

Fövqəladə Hallar Nazirliyi deyir ki, sonuncu partlayışda ölənlər arasında səkkiz əcnəbi var: iki britaniyalı, alman və Bolqarıstan, Qırğızıstan, Tacikstan, Ukrayna və Özbəkistan vətəndaşları.

“Seçiklər yaxınlaşanda və ya ölkədə sosial-iqtisadi vəziyyət pisləşəndə partlayışlar başlayır”
Vaxtilə Moskvada yerləşən Terror Əleyhinə Fondda işləyən, çeçen jurnalisti və siyasətşünası Ruslan Martaqov deyir ki, o, bu hadisədə Qafqaz izi olub-olmadığı barədə danışmaq istəməzdi:

SEÇKİLƏR YAXINLAŞANDA PARTLAYIŞLAR BAŞLAYIR

“Mən hələlik istəmirəm ki, bu hücumda Qafqaz və ya digər izlər barədə danışım. Təhqiqat aparılmalıdır. Amma bir şey demək istəyirəm, Rusiya hakimiyyəti üçün Qafqaz xeyli münasib yer olub. Seçiklər yaxınlaşanda və ya ölkədə sosial-iqtisadi vəziyyət pisləşəndə partlayışlar başlayır və hər zaman biz Qafqaz izi barədə danışırıq. Nəticədə bunlar hakimiyyəti gücləndirir”.

Bu hücum Soçidə 2014-cü ildə keçiləcək Qış Olimpiadası ilə bağlı Rusiyanın təhlükəsizlik tədbirləri görə biləcəyinə şübhə yaradır.

Bu partlayış Rusiyaya xarici investisiya axınına da zərbə vura bilər. D.Medvedev yanvarın 26-da İçveçrədə keçiriləcək Dünya İqtisadi Foruma səfərini yubadır. O, burda Rusiyaya xarici investisiyalar cəlb eldə bilərdi.

/Sayta hazırladı Səadət Akifqızı/
XS
SM
MD
LG