Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:51

Obama xalqa müraciət edəcək


ABŞ prezidenti Barak Obama
ABŞ prezidenti Barak Obama
Yanvarın 26-da Bakı vaxtilə səhər saat 6-da ABŞ prezidenti Barak Obama xalqa müraciət edəcək. Prezident Nümayəndələr Palatasında çıxışında qarşıdakı bir ildə aparacağı siyasətin əsas istiqamətlərini elan edəcək.

Barak Obamanın yeni iş yerlərinin yaradılmasını, büdcə kəsirinin azaldılması və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasını özünün əsas vəzifələri kimi elan edəcəyi gözlənir. ABŞ vətəndaşları xüsusilə prezidentin ölkənin 14 trilyon dolları aşan borcları barədə fikirlərini gözləyirlər.

Barak Obamanın 2014-cü ildə qoşunların Əfqanıstandan çıxarılması barədə planlarında bir dəyişiklik olub-olmayacağı da ABŞ-da son dərəcə maraqla izlənən mövzulardandır. Bundan başqa, prezidentin təhlükəsizlik və xarici siyasət sahəsində İranla, Şimali Koreya ilə bağlı qarşıdakı bir ilə dair siyasətini elan edəcəyi gözxlənir.

Bu, prezident kimi Barak Obamanın xaqla ikinci müraciətidir. Keçən il yanvarın 27-də etdiyi bir saat 19 dəqiqəlik birinci müraciətində prezident özünün bir nömrəli işinin yeni iş yerlərinin yaradılması olduğunu demişdi. Amma tənqidçiləri bildirirlər ki, ötən il dövlət başçısı əsas diqqətini işsizlik probleminin həllindən daha çox səhiyyə islahatları və Wall Streetin dirçəldilməsinə yönəldib.

Konqresə müntəzəm müraciətlər ABŞ Konstitusiyası ilə prezidentin vəzifələrindən biridir. Amma müraciətlərinin formasını prezidentlər özləri müəyyən edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG