Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:36

Hökumət Azərbaycanda demokratiya layihələrinə 10 milyon dollar istəyir


Büdcə hələlik Konqresin təsdiqindən sonra qüvvəyə minəcək
Büdcə hələlik Konqresin təsdiqindən sonra qüvvəyə minəcək
ABŞ hökuməti bu il Azərbaycanda demokratiya layihələrinə daha çox büdcə istəyib.

2011-ci ildə ABŞ Azərbaycanla müxtəlif istiqamətlərdə layihələrin maliyyələşdirilməsi üçün 29.4 milyon dollar pul ayırmağı nəzərdə tutur. Bu il Azərbaycanda ən çox demokratiya, insan haqları və daha yaxşı idarəetmə ilə bağlı layihələrə maliyyə ayrılması nəzərdə tutulur. Həmin layihələrin ümumi büdcəsi 9.8 milyon dollardır.

ABŞ-dan bu sahəyə son illər ayrılan maliyyə üzrə məlumatlar aşağıdakı şəkildədir:


Bundan başqa, sülh və təhlükəsizlik sahəsində layihələrə 8.5 milyon, səhiyyə layihələrinə 4.1 milyon, iqtisadi inkişafla bağlı layihələrə 6.4 milyon, humanitar yardım layihələrinə isə 0.6 milyon dollar verilməsi planlaşdırılır. Amma bu büdcə hələlik Konqresin təsdiqindən sonra qüvvəyə minəcək.

2011-ci ildə ABŞ hökumətinin Azərbaycanda sülh və təhlükəsizlik sahəsində layihələrə istədiyi büdcə üzrə məlumatlar aşağıdakı şəkildədir:


2006-cı ildən bu yana ABŞ hökumətinin son illər Azərbaycanda layihələrə ayırdığı yardımlar azalıb. Amma hökumət Azərbaycan üçün 2011-ci ildə əvvəlki illərdən daha çox büdcə istəyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG