Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:53

Əlaçılardan yalnız 63 faizi 500-700 bal toplayıb


Orta məktəb əlaçılarından yalnız 63 faizi ali məktəblərə qəbul imtahanları zamanı 500-700 bal toplayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə belə deyib.

O yanvarın 25-də keçirdiyi mətbuat konfransında deyib ki, əvvəllər bu rəqəm daha aşağı olub:

“Qiymətləndirmədə mövcud olan problemin azalması istiqamətində ildən-ilə müsbət irəliləyiş hiss olunur. Amma hələ ki, göstəricilər 100%-ə yaxın olmayıb”.

Məleykə Abbaszadə deyib ki, “görsək ki, abituriyentlərin qiymətləri imtahan nəticələri ilə üst-üstə düşür, onda biz attestat balını ümumi toplanan balların üstünə gəlib hesablaya bilərik. Amma hələ ki, bu vəziyyət bizi tam qane etmir”.
XS
SM
MD
LG