Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:05

Misir müxalifəti əhalini etiraz nümayişinə çağırır


Bu günlərdə baş verən Tunis üsyanından ruhlanan Misir müxalifət qrupları xalqı siyasi və iqtisadi islahatları dəstəkləmək üçün kütləvi nümayişlərə çağırıb. Etirazlar internetdə yayımlanır və təşkilatçılar deyirlər ki, 80 min adam Facebook sosial şəbəkədə xüsusi qrupda yığışmaq istərdi.

Misirin ən böyük müxalifət təşkilatı Müsəlman Qardaşları bu etirazı formal olaraq dəstəkləməyib, amma deyir ki, onların üzvlərinin çoxu iştirak edəcək.
Hakimiyyət rəsmiləri xəbərdarlıq ediblər ki, planlaşdırılan nümayişlərdə fəal olanlar həbslə üzləşə bilərlər.

Misirdə etirazlar nadir haldır, amma bir neçə gənc Tunis hadisələrindən sonra özünü yandırıb.
XS
SM
MD
LG