Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:50

Gəncə Qanköçürmə Mərkəzi artıq «Gəncə Qan Bankı» adlanacaq


Adı dəyişən müəssisədə işçilərin də sayı azaldılıb. Əvvəllər mövcud olan 45 ştat sayı 25-ə salınıb.

Bu barədə Mərkəzin baş həkimi Tahirə Məmmədova məlumat verib. O, bildirib ki, müəssisə bütövlüklə «Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Gəncə bölməsi» kimi fəaliyyət göstərəcək.

Hazırda idarədə 20 tibb işçisi çalışır və bunlardan 4-ü həkim-hematoloqdur.

Ötən ilin sonlarından başlayaraq burada bəzi zəruri təmir işlərinə başlanıb və yanvarın sonunacan başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG