Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:10

Masallıda axundun evində axtarış aparılıb


Yanvarın 24-də günorta saatlarında Masallı rayonu Xıl kənd məscidin axundu Fəramid Abbasovun evində axtarış aparılıb.

Bunu AzadlıqRadiosuna axundun oğlu Əmin Abbasov bildirib. O deyir ki, anası mal tövləsinə baş çəkərkən orada avtomat silah görüb. Silahı evin qarşısına gətirib və yerə atıb. Bu anda polislər və mülkü geyimlilər həyətə daxil olublar. Heç bir sənəd göstərmədən axtarış aparıblar.

F.Abbasov həbs olunub. Əmin Abbasov deyir ki, atasının harada olduğunu bilən yoxdur:

«Rayon polis şöbəsinə getdik. Polis növbətçisi üstümüzə qışqırıb dedi ki, atan İrana işləyirdi, cəzasını alır».

Masallı rayon Polis Şöbəsində faktı təsdiq ediblər. AzadlıqRadiosuna bildiriblər ki, Fəramid Abbasov qanunsuz silah saxladığına görə tutulub və barəsində istintaq gedir.
XS
SM
MD
LG