Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:55

Gəncədə sinif otağı uçub



Gəncə şəhərinin Aşıq Ələsgər adına 36 saylı orta məktəbində sinif otaqlarının birində qəza olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə yanvarın 24-ü saat 13 radələrində baş verib.

İki sinif arasındakı divar tamamilə uçaraq yerlə-yeksan olub. Həmin vaxt sinifdə heç kəs olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin rəsmiləri və 4 yanğınsöndürən avtomobil cəlb edilib.

Qurumun rəsmisi Mehman Hacıyevin SİA-ya bildirdiyinə görə, sinifdə yanğın izləri də aşkarlanıb.
Hadisənin səbəbləri araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG