Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:42

Dmitri Medvedev and içib ki,partlayışda əli olanları tapacaq



Yanvarın 24-də Moskvada “Domodedovo” aeroportunda baş vermiş partlayışda azı 35 nəfər həlak olub, 150 nəfər də yaralanıb.

Rusiya prezidenti Dmitri Medvedev partlayışı terror hücumu adlandırıb və and içib ki, hücumu törədənləri tapacaq. Hücumun Şimali Qafqazdan gəldiyi ehtimal edilsə də, hələlik, partlayışla bağlı heç kəs məsuliyyəti üzərinə götürməyib.

BMT-nin Baş katibi Ban Ki Moon deyib ki, o "günahsız insanlara qarşı törədilən və heç bir bəraəti olmayan zorakılıqdan dəhşətə gəlib".

ABŞ prezidenti Barak Obama bu "dəhşətli terroru" ittiham edib və Rusiyaya öz köməyini təklif edib.

Rəsmilərin bildirdiyinə görə, partlayış beynəlxalq uçuşlarla Moskvaya gələn sərnişinlərin yüklərini aldıqları salonda baş verib.

Keçən ilin martında da Moskva metrosunda partlayışda 40 nəfər həlak olmuşdu. O zaman rəsmilər hadisəni Dağıstandan olan iki qadın intiharçının törətdiyini bildirmişdi.
XS
SM
MD
LG