Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:00

Medvedev NATO-dan açıq söhbət gözlədiklərini deyir


Rusiya prezidenti Dmitri Medvedev yanvarın 24-də bildirib ki, Avropanın raketdən müdafiə sistemlərinin yaradılmasında Moskvanın rolu barədə NATO-dan açıq söhbət gözləyir. Medvedev bird aha xəbərdarlıq edib ki, əgər Vaşinqton bu məkanda belə sistemlərin qurulmasında Rusiyanın bərabərhüquqlu iştirakını təmin etməsə, Kreml də həmin coğrafiyada öz müdafiə sistemlərini yerləşdirməyə məcbur olacaq.

Bu barədə Rusiya prezidenti bu ölkənin NATO-dakı nümayəndəsi Dmitri Roqozinlə görüşündə bildirib.

Rusiya ABŞ-ın Şərqi Avropada raketdən müdafiə sistemləri qurmaq planlarını özünə qarşı yönələn planlar kimi qəbul edir. Kreml dəfələlər bildirib ki, bu sistemlər onun iştirakı olmadfan yerlə.yerləşdirilsə, o da Kalininqradda öz raketlərini quraşdıracaq. Vaşinqton isə israrla bildirir ki, Avropadakı planların yalnız İrandan gələ biləcək təhlükələrin qarşısını almaq üçündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG