Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Sarkozu inkişaf etmiş ölkələri açıq müzakirəyə səsləyir


Fransa prezidenti Nikola Sarkozi sənayecə inkişaf etmiş ölkələrin qurumu olan Böyük 20-liyə müraciət edərək onları ərzağın qiyməti və maliyyə islahatlarına dair açıq müzakirələrə çağırıb.

Sarkozi hesab bildirib ki, əlavə tədbirlər görülməsə, kənd təsərrüfatı mallarının indiki şəkildə bahalaşmağa davam etməsi kasıb ölkələrdə iğtişaşlara və iqtisadiyyatda olduqca arzuedilməz proseslərə səbəb ola bilər.

Sarkozi həmçinin ciddi borc böhranı ilə üzləşən ölkələrə yardım üçün nəzərdə tutulan illik 100 milyard dollarlıq fondun formalaşdırılmasından ötrü vergi siyasətinin də dəyişdirilməsini təklif edir.
XS
SM
MD
LG