Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:14

Azərbaycanda xarici işçi qüvvəsinə kvota azaldılıb


2011-ci ildə yerli əmək bazarını qorumaq üçün kvota 9 min 815-ə endirilib. 2010-cu ildə kvota 10 min 700 idi.

Yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Miqrasiya İdarəsi 90 müxtəlif ölkədən 8 min 708 əmək miqrantına icazə verib. Fərdi uçotda olan əcnəbilərin sayı isə 10 min 195 nəfərdir. Onları 1000 şirkət işə cəlb edib.
Miqrantların əsas hissəsi Türkiyə, Gürcüstan, Çin, Hindistan ABŞ və Britaniya vətəndaşlarıdır. Onların çoxu tikinti və mədən sənayesində çalışırlar.

Dövlət Miqrasiya Xidmətinin rəisi 2010-cu ilin yekunlarına həsr olunmuş tədbirdə bildirib ki, ötən il 16 min 680 əcnəbinin sənədləri yoxlanılmış, nəticədə 12 min 094 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub. Onlardan 2 min 796 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 9 mindən artıq əcnəbinin müvafiq qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
XS
SM
MD
LG