Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:27

Madina Salamova Norveçdən çıxarıldı


Norveçdən sığınacaq istəyinə rədd cavabı almış 25 yaşlı Rusiya vətəndaşı Madina Salamova yanvarın 24-də ölkədən çıxarılıb. Norveç rəsmiləri onu Aeroflot hava yollarının təyyarəsi ilə günorta saatlarında Moskbanın Şeremetyevo hava limanına yola salıblar.

Salamova ailəsi ilə birlikdə 2004-cü ildə Norveçdə qanunsuz yaşayıb. Norveç onun ailəsinin sığınacaq xahişini rədd edib.

Maria Amelie şərti adı ilə yazdığı “Qanunsuz norveçli” kitabı bu ölkədə qısa zamanda olduqca məşhur olmuşdu. Bu kitaba görə keçən ay Norveç jurnallarından biri onu “2010-cu ilin vətəndaşı” elan etmişdi.

Minlərlə norveçli hökumətlərini Madinanın bu ölkədə qalmasına icazə verməyə çağırsa da yanvarın 24-də gənc qızın deportasiya qərarı icra edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG