Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:14
Keçən ilin yayından Ermənistanda bir narahatlıq var: Gürcüstan bir strateji qaz kəmərini Azərbaycana sata bilər.

Söhbət Rusiyadan Ermənistana qaz daşıyan kəmərdən gedir.

Bir neçə ay əvvəl Gürcüstan parlamenti qanun qəbul edərək həmin kəməri özəlləşdirilməsi mümkün olmayan strateji obyektlər siyahısından çıxarıb.

Yerevandakı narahatlıqların kökündə o dayanır ki, hazırda Ermənistan işlətdiyi qazın əhəmiyyətli hissəsini Rusiyadan alır və kəmər Azərbaycanın əlinə keçərsə, Bakı müharibə şəraitində olduğu Ermənistanın qazını istədiyi vaxt kəs bilər.

Azərbaycan tərəfi kəməri almaq niyyətlərini gizlətmir

Bu günlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, onlar Gürcüstan hökuməti ilə bu yöndə danışıqlar aparırlar.

Onun sözlərinə görə, əgər istəyinə çatsa, Azərbaycan həmin kəmərdən öz qazını Xəzər dənizi sahillərinə daşımaq üçün istifadə etmək niyyətindədir.

Ötən həftənin sonu Gürcüstan prezidenti Saakaşvili iki günlük səfərlə Yerevana yollananda da bəziləri bunun ilk növbədə Yerevanın kəmərin satışı ilə bağlı narahatlıqlarını yox etmək məqsədi daşıdığını bildirirdilər.

Amma danışıqlar haqda açıqlamalarda kəmərə hər hansı formada işarə edilmədi.

Ermənistan prezidenti Serj Sarkisyan gürcü həmkarıyla görüşündə dedi ki, iki ölkə arasında münasibətlər yaxşıdır, keçən il iki ölkə arasında ticarət dövriyyəsi 11 faiz artıb.

Rövnəq Abdullayev
Amma onun sözlərinə görə, münasibətlərin daha da yaxşı olması üçün bəzi başqa məsələləri də müzakirə etmək lazımdır.

Amma Gürcüstanla Azərbaycan arasında əlaqələr də inkişaf edir.

Təkcə bir faktı qeyd etmək yetər ki, Gürcüstanın qaz bazarının 70-75 faizini Azərbaycan təmin edir.

Bunu deyən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkət Gürcüstanın rayonlarını qazlaşdırma işini davam etdirir və hazırda Tbilisini çıxmaqla Gürcüstanın qaz şəbəkəsi demək olar ki, tamamilə ARDNŞ-in nəzarətindədir.

Bu günlərdə ARDNŞ Poti şəhərinin qazlaşdırılmasında birinci fazanı başa vurub

və açılış mərasimində Gürcüstan prezidenti Saakaşvili ilə ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirak ediblər.

Bakıdakı Neft-qaz Araşdırmaları İnstitutunun rəhbəri İlham Şaban deyir ki, ARDNŞ-in Gürcüstanda gördüyü işlərdə siyasi məqsəd axtarmaq düzgün olmazdı.

Onun sözlərinə görə, şirkətin burada sırf kommersiya maraqları var: “pul qoyub pul götürmək”.

O deyir ki, ARDNŞ bir sıra başqa keçmiş sovet respublikalarında da biznes qurub.

O ki qaldı Rusiya-Ermənistan kəmərinə, İlham Şaban deyir ki, şirkətin onu almaq, yaxud idarəçiliyə götürmək planları da kommersiya maraqlarına əsaslanır.

“Rusiya ildən-ilə Ermənistana qaz ixracını azaldır. Keçən il 20 faiz azalma olub.

İlham Şaban
Bunun səbəbi odur ki, Rusiya Ermənistana satdığı qazın qiymətini dünya qiymətlərinə yaxınlaşdırmaq istəyir.

Ermənistan isə buna görə, getdikcə bahalaşan qazın idxalını azaldır, İrandan qaz almağa üstünlük verir.

Artıq İrandan Ermənistana ikinci qaz kəməri çəkilir. Əgər Azərbaycan Rusiya-Ermənistan kəmərini alarsa, gələcəkdə ondan qazı Gürcüstanin bu başından o başına vurmaq üçün istifadə edə bilər”.

Qeyd edək ki, Gürcüstanın baş naziri Nika Gilauri bu yaxınlarda bildirmişdi ki, Gürcüstan hökuməti sözügedən kəməri tam yox, qismən özəlləşdirmək istəyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG