Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:32

Ruslar “Leninə əlvida” layihəsini müdafiə edir?


Rusiyada hakim Vahid Rusiya partiyası internetdə goodbyelenin.ru adlı sayt yaradaraq vətəndaşlar arasında sorğu keçirir. Yanvarın 24-də partiyadan bildiriblər ki, sorğunun nəticələrinə görə vətəndaşların çoxu Leninin Qızıl Meydandan mavzoleydən götürülməsini müdafiə edirlər.

Partiyadan bildiriblər ki, ötən şənbə elan edilmiş sorğuya 260 000 adam səs verib. Onların da 70 faizi Leninin mavzoleydən götürülüb basdırılmasının tərəfdarı olduğunu bildirib.

Kommunist Partiyası isə bunun saxta sorğu olduğunu deyərək Vladimir İliç Leninin basdırılması ideyasını tənqid edib.

Leninin Mavzoleyini hələ də adamlar pulsuz olaraq ziyaərt edə bilirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG