Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:29

“Domodedovo” aeroportunda partlayış, azı 35 nəfər həlak olub


AEROPORTDA PARTLAYIŞ

Bu gün Moskvada “Domodedovo” aeroportunda baş vermiş partlayışda azı 35 nəfər həlak olub, 130 nəfər də yaralanıb. İstintaq Qrupundan Tatyana Mrozova İnterfax agentliyinə bildirib ki, partlayış beynəlxalq uçuşlarla Moskvaya gələn sərnişinlərin yüklərini aldıqları salonda baş verib.

İnterfax ilkin rəsmi məlumatlara istinadla hadisəni intiharçının törətdiyini bildirir.

Keçən ilin martında da Moskva metrosunda partlayışda 40 nəfər həlak olmuşdu. O zaman rəsmilər hadisəni Dağıstandan olan iki qadın intiharçının törətdiyini bildirmişdi.

Hadisə yerindən ilkin videogörüntülər:


Prezident İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevə başsağlığı göndərib: “Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik” -deyə məktubda qeyd edilir.

İtar-Tass Agentliyinin məlumatına görə yaralıların sayı 150 nəfərdir. Onlardan 70 nəfərdən çoxu Moskvanın müxtəlif xəstəxanalarına yerləşdirilib.

Agentlik Moskva şəhər rəhbərliyinin həlak olanların ailələrinə təxminən 50 min manat, yaralıların ailələrinə isə isə 30 min manata qədər kompensasiya verəcəyini bildirir.

Partlayışla bağlı terrorçuluq maddəsi ilə cinayət işi başlanıb.

QƏRB LİDERLƏRİ RUSİYA İLƏ HƏMRƏYLİK İFADƏ EDİRLƏR


NATO-nun rəhbəri Anders Fogh Rasmussen bəyanat yayaraq bu partlayışla bağlı Rusiya ilə hadisədə Rusiya ilə həmrəy olduğunu bildirib. O, terrorla mübarizədə Moskva ilə əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Avropa parlamentinin prezidenti deyib ki, heç nə ilə terrora və zorakılığa haqq qazandırmaq olmaz.

Fransa və Almaniya da bu partlayışı “barbarca davranış” adlandırıb.

AATƏT-ə sədrlik edən Litvanın xarici işlər naziri bəyanat yayaraq həlak olanlara başsağlığı verib, bu hadisəyə görə Rusiya dövləti və xalqının yanında olduqlarını bildirib.
(FOTOSESSİYAYA BAXMAQ ÜÇÜN FOTONU AÇIN)

Domodedovo aeroportunda terror aktı

x

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG