Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:28

Türkiyə İsrailin gəmilərə hücumla bağlı hesabatını etibarsız sayır


Keçən il Fələstinə humantira yardım aparan gəmiyə İsrail əsgərlərinin hücumu ilə bağlı Türkiyə özünün hesabatını açıqlayıb. Türkiyənin Baş naziri Rəcəb Tayyib ərdoğanın açıqldığı sənəddə qeyd edilir ki, israil əsgərləri beynəlxalq sularda azad hərəkət hüququnu pozaraq mülki şəxslərə qarşı həddini aşan gücdən istifadə edib. Həmin hadisə vaxtı əksəriyyəti Türkiyə vətəndaşları olan doqquz nəfər həlak olmuşdu.

Türkiyə bu hesabatını əslində sentyabrda BMT-yə təqdim edib. Amma ötən gün İsrail də həmin hadisə barədə öz hesabatını elan edəndən sonra Ankara buna BMT-yə göndərdiyi sənədlə cavab verib.

Bazar günü İsrailin elan etdiyi hesabatda qeyd edilirdi ki, gəmiyə enən İsrail əsgərləri bu ölkənin özünün və beynəlxalq qanunları pozmadan hərəkət edib, yalnız özlərini müdafiə məqsədilə gücdən istifadə ediblər.

Rəcəb Tayyib Ərdoğan isə yanvarın 24-də bildirib ki, İsrailin həmin hesabatının “heç bir dəyəri, ya da etibarlılığı” yoxdur.

Gəmilərə həmin hücumdan bu yana İsraillə Türkiyənin illərlə davam etmiş dostluğu pozulub. Ankara bu hadisəyə görə İsraildən üzr istəməyi tələb etsə də İsrail bundan imtina edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG