Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 14:58

Aqrar Universitetə 500 min manatliq texnika verilib


Aqrar Universitetə 500 min manatliq texnika verilib. Texnikalar traktor, kotan, toxumsəpən, yem doğrayan və s. olmaqla 22 çeşiddən ibarətdir.

Avadanlıqlar müqavilə əsasında mütəxəssislərin yüksək səviyyədə hazırlanması üçün”Aqrolizinq” ASC tərəfindən verilib.

Universitetin Yerüstü texniki nəqliyyat vasitələrinin istismarı kafedrasının müdiri Qurban Əliyev bildirib ki, “Aqrolizinq”lə bağlanan müqaviləyə əsasən tələbələr müəssisənin regional bazalarından da istifadə edəcəklər.

Artıq tələbələr istehsalat təcrübəsi keçir, ayrı-ayrı aqreqatlarla texnoloji əməliyyatların yerinə yetirilməsini öyrənirlər. Texniki parkın imkanlarından nəinki tələbələr fermerlər də yararlanacaq.

Yeni texniki parkda Universitetin alimləri tərəfindən quraşdırılan maşınlar da yerləşdirilib.
XS
SM
MD
LG