Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:09

Gəncədə 5 min partlamamış sursat zərərsizləşdirilib


Gəncə Alüminium Zavodunun poladəritmə sexindən götürülmüş partlamamış silah-sursat Ağstafa rayonunun Saloğlu hərbi təlim mərkəzində zərərsizləşdirilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən bu ilin yanvar ayında sexdən beş minə yaxın partlamamış sursat götürülüb. Bunlar artilleriya və minaatan mərmiləridir.

Məlumatda bildirilir ki, tapılan sursatlar Sovet ordusuna məxsus olub və 1992-ci ildə Ağstafadakı silah bazasından satış məqsədilə gətirilib.
XS
SM
MD
LG