Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:27

Dindarlar üçün yeni realiti-şou - "Gənc İmam"


Malaziyanın populyar şou TV-si yerli tayfalar üçün moizə oxuyacaq gənc İslam liderləri üçün elan verib. Gənc imamlar burda yarışacaq.

Ötən il efirə çıxmış “Gənc İmam” proqramı finalçıların avazla “Qurani-Kərim”dən ayələr oxuması, İslam qaydalarına uyğun olaraq, meyit yuması, qoyun kəsməsi dünyada marağa səbəb olmuşdu.

Proqramın formatı ABŞ-ın realiti-şousu olan “American İdol” (“Amerika səcdəgahı”) verilişinə uyğun qurulub. “Gənc İmam”ın böyük uğuru onun ikinci dəfə hazırlanmasına təkan verdi. Növbəti proqramın aprel ayında efirə çıxması gözlənir.

HƏDƏFDƏ YENİYETMƏLƏRDİR

Debüt proqramla gənc müsəlmanların etibarını, diqqətini qazanandan sonra şounun yaradıcıları deyirlər ki, onlar yeniyetmələri hədəfə almağa davam etmək niyyətindədirlər və göstərmək istəyirlər ki, İslam müasir məsələləri necə paylaşa bilir.

“Gənc İmam”ın şou müddətində İslam qaydalarını və təcrübəsini göstərmək baxımıdan yüksək maarifləndirici əhəmiyyəti var”, - proqramın redaktoru Zainir Aminullah deyir:

- Müsəlman ölkəsində biz qəbul edirik ki, İslamın hamıya aidiyyəti var, amma qavranılma və izah olunma səviyyəsi açıq-aydın dəyişir.

Birinci şounun qalibi Muhammad Asyraf
Şounun ikinci buraxılışında rəqiblərin tibbi məsələlərdə dini biliyini yoxlamaq kimi yeni tapşırıqlar olacaq. Hətta yarışanlar sərmayələr və fond birjaları ilə necə rəftar olunması barədə öz dini savadlarını nümayiş etdirəcəklər. Onlar Malaziyanın cəngəlliklərinə gedib çoxu müsəlman olmayan yerli qəbilələr üçün dini moizə oxuyacaqlar.

QEYRİ-MÜSƏLMANLARIN ŞİKAYƏTİ


Müxtəlif mədəniyyətlərə sahib Malaziyanın əhalisinin 60 faizindən çoxu müsəlmandır. Yerdə qalanlar – hindlilər, çinlilər, yerli qəbilələr də daxil olmaqla onlar xristian, induist, buddist və başqa dinə məxsusdurlar.

Azlıqda qalan din daşıyıcıları şikayətlənirlər ki, getdikcə ölkənin “islamlaşdırılması” onların hüquqlarını pozur.

MÜKAFAT – MƏSCİDDƏ İŞ TƏMİNATI


Apreldən başlayacaq 10 həftəlik müddətdə hamısı kişi olan 10 finalçı məsciddə ümumi yataq otağında qalacaq, onların telefondan, internetdən, televiziyadan istifadəsi qadağan olunacaq və yarışmaçılar yazılı testlərlə və praktik tapşırıqlarla üzləşəcəklər.

Hər həftə bir yarışmaçı realiti-şounu tərk edəcək. Qalib məsciddə işləmək qərarının da daxil olduğu mükafat əldə edəcək.

Şou İslamın sərt təsvirini yumşaltmağa yönəlib
3,3 milyon tamaşaçının izlədiyi ötən şouya bu dəfə digər ölkələrdən, o cümlədən qonşu Bruney, Sinqapur və dünyanın ən çox müsəlman əhalisinin yaşadığı İndoneziyadan da arzu edənlər qatıla bilərlər, bunun üçün məhdudiyyət qoyulmayıb.

ŞOUNUN MƏQSƏDİ NƏDİR?


Şou İslamın sərt təsvirini yumşaltmağa yönəlib. Proqram Malaziyanın həyatında önəmli rol oynayan dini xadimlərin də dostyana münasibəti ilə də qarşılaşıb.

“İkinci şouya qoşulan cavanları həvəsləndirmək istəyirəm”, - birinci proqramda 1000 namizədin içindən seçilib sonda qalib olan 27 yaşlı dini xadim Muhammad Asyraf Mohamad Ridzuan deyir:

- Bu şouda qalib gələndən sonra mən gənclərlə danışmaq üçün bir çox yerlərə səyahət etdim. Siz nə vaxt ora getsəniz görəcəksiniz ki, cavanlar onlara dostyana yanaşan müəllim istəyirlər və onu da istəyirlər ki, biz İslamla bağlı fikirlərimizi onlarla paylaşaq.

/Sayta hazırladı Səadət Akifqızı/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG