Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:48

Albaniya müxalifəti etiraz aksiyasını davam etdirməyə çağırıb


Albaniya müxalifəti korrupsiyaya qarşı etiraz aksiyalarını davam etdirməyə çağırıb.

Müxalifətdə olan Sosialist partiyasının lideri Edi Rama tərəfdarlarını gələn cümə günü dinc nümayişə çıxmağa səsləyib.

Baş nazir Sali Berişa isə tərəfdarlarını gələn çərşənbə günü Tiranada zorakılığa qarşı kütləvi mitinqə çağırıb.

Ötən cümə günü ölkə paytaxtı Tiranada keçirilmiş etiraz aksiyasında polislə toqquşmada 3 adam ölüb.

Avropa Birliyi və Birləşmiş Ştatlar tərəfləri sakitliyə çağırıblar.
XS
SM
MD
LG