Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:32

Azərbaycanın 11 bölgəsində sınaq imtahanları keçirilib


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin 11 bölgəsində sınaq imtahanı keçirib.

APA-nın məlumatına görə, Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçirilən imtahanlarda 31 minə qədər şagird iştirak edib.

Sınaq imtahanları abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmasına kömək etmək və ilk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavablarını təhlil etmək üçün keçirilir.

İmtahanlarda ilk dəfə olaraq riyaziyyat fənni üzrə 5 sual açıq test şəklində verilib.

Nəticələr həftənin sonunadək bəlli olmalıdır.
XS
SM
MD
LG