Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:44

Fələstindəki “İslam Ordusu” qrupu Misirin ittihamını rədd edir


Fələstindəki “İslam Ordusu” qrupu yeni il axşamı Misirdəki pravoslav kilsəsinin partladılması ilə bağlı ittihamı rədd edib.

Bu partlayış nəticəsində 23 nəfər ölüb, 100-dən artıq adam isə yaralanıb.

Misirin xarici işlər naziri Həbib al Adli bundan əvvəl bildirmişdi ki, bu partlayışa görə Əl Qaidə ilə əlbir olan “İslam Ordusu” qrupu cavabdehlik daşıyır.

Nazir qrupun bu partlayışda əli olması ilə bağlı tutarlı dəlillər olduğunu deyir.

“İslam Ordusu” qrupunun mərkəzi Qəzzə bölməsində yerləşir.
XS
SM
MD
LG