Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:52

Bakının “İnter” klubu “Birlik Kuboku”nu qazandı. Paytaxt klubu finalda Belarusun “Şaxtyor” klubunu məğlub etdi. Görüşün əsas və iki on dəqiqəlik əlavə vaxtında hesab açılmasa da, penaltilərdə “İnter” üstün oldu: 6-5.

“İnter” finaladək keçirdiyi beş oyunun hamısında rəqiblərini məğlub edib.

Azərbaycan çempionu qrup mərhələsində Qırğızıstanın “Neftçi” və Tacikistanın “İstiklol” komandalarına 3:0, Moldova “İskra-Stal”ına 1:0, 1/4 finalda Ermənistan “Mika”sına 4:0, yarımfinalda isə Rusiya “Zenit”inə 5:0 hesabı ilə qalib gəlib.

Bundan əvvəl Azərbaycanın digər klubları - “Neftçi” (2005) və “Xəzər Lənkəran” (2008) da “Birlik Kuboku”nu Bakıya gətiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG