Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:34

İrlandiya müxalifəti erkən seçkilər tələb edir


İrlandiya müxalifəti baş nazir Brian Cowenin «Fianna Fail» partiyasının sədrliyindən ketməsindən sonra ölkədə vaxtındanəvvəl ümummilli seçkilər keçirməyə çağırıb.

Müxalifət seçkinin bundan əvvəl elan edildiyi kimi martın 11-də yox, fevralda keçirilməsini təkid edir.

Partiya sədrliyindən istefa vermiş baş nazirin özü isə mart seçkilərinədək vəzifəsində qalacağını deyib.

Ölkədəki iqtisadi böhran və partiya daxilindəki fikir ayrılıqlarına görə son vaxtlar Brian Cowenin nüfuzu xeyli zəifləyib.
XS
SM
MD
LG