Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:04

İrana qarşı sanksiyalar kəskinləşdirilə bilər


İranın nüvə proqramı ilə bağlı İstanbulda aparılan danışıqların növbəti mərhələsində irəliləyiş olmadığına görə, Fransa və onun müttəfiqləri İrana qarşı sanksiyaları kəskinləşdirə bilərlər.

Bunu Fransanın xarici işlər naziri Mişel Alo Mari (Michele Alliot-Marie) İordaniyaya səfəri zamanı deyib.

O, qeyd edib ki, istənilən halda məsələyə iki cür yanaşılacaq-danışıq təklif etmək, eyni zamanda irəliləyiş olmayacağı halda sanksiyaları kəskinləşdirmək.

İranın nümayəndə heyəti İstanbulda BMT-nin təhlükəsizlik şurasının daimi üzvləri və Almaniya ilə danışıqlarda bir daha bəyan edib ki, uran zənginləşdirilməsi üzərində işi dayandırmaq fikrində deyil.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir. Tehran ittihamı rədd edir.

BMT-nin təhlükəsizlik şurası indiyədək İrana qarşı 4 dəfə sanksiya tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG