Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:12

Stavropolda öldürülmüş kriminal avtoritetin sağ qalmış nəvələri dövlət nəzarətindədir


Stavropolda kütləvi qətl törədilmiş evdən sağ tapılmış uşaqlar dövlət nəzarətinə götürülüb.

Yeni doğulmuş qız uşağı xəstəxanada həkim nəzarətində saxlanılır,8 yaşlı oğlanla isə psixoloqlar, müəllim və müstəntiqlər iş aparırlar.

Bu barədə Rusiya istintaq komitəsinin nümayəndəsi Vladimir Markin xəbər verir.

Cümə günü Stavropoldakı şəxsi evlərdən birində 8 adamın cəsədi aşkar edilib.

Qətlə yetirilənlər yerli kriminal avtoritet Vladimir Slizaev,onun ailə üzvləri, sürücüsü və qulluqçulqrdır.

Sağ qalan uşaqlar isə nəvələridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG