Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:10

Hüquq müdafiəçilərinin Elvin Əsgərovun ölümünə münasibəti


Elçin Behbudov
Elçin Behbudov
"Alternativsizlik çox pis sindromdur", bunu «Panorama» verilişində «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid deyib. Hüquq müdafiəçisi Elçin Behbudov isə deyir ki, hansı naziri tənqid etdin, elə bil o nazirliyə düşmən kəsilirsən.

Elçin Behbudov:

«HANSI NAZİRİ TƏNQİD ETDİN ELƏ BİL O NAZİRLİYƏ DÜŞMƏN KƏSİLİRSƏN...»

«Hərə öz yerinə danışa bilər. Ancaq mən sizə deyə bilərəm ki, bu gün Azərbaycanda hüquq müdafiəçiləri çox çətinliklə fəaliyyət göstərirlər. Hansı naziri tənqid etdin elə bil o nazirliyə düşmən kəsilirsən. Bir sözlə, bu gün Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyətini mənfi dəyərləndirirəm».

Qənimət Zahid:

«ALTERNATİVSİZLİK ÇOX PİS SİNDROMDUR...»

«Mən çox müsbət qarşılayıram ki, Elçin bəy öz fəaliyyətlərinə tənqidi yanaşır və problemlərdən bəhs edir. Bu, bir gerçəklikdir ki, 5-10 il əvvəllə müqayisədə Azərbaycanda hüquq müdafiəçilərinin fəaliyyəti sıradan çıxarılıb. Mənə elə gəlir ki, bunun başlıca səbəbi alternativsizlikdir. Hakimiyyətin alternativinin olmaması necə fəsadlar törədirsə, beş-üç hüquq müdafiəçisinin alternativinin olmaması da elə fəsadlar doğurur. Bu sahəyə yeni nəsillər gəlməlidir, yeni-yeni təşəbbüslərə baş vurulmalıdır. Nəticədə belə acınacaqlı mənzərə yaranmaz...»

- Elçin bəy bu həftə Siz İran həbsxanalarında işgəncə faktlarına görə bu ölkənin prezidentinə müraciət etdiniz. Bu cəmiyyətdə müsbət qarşılanır. Ancaq bəziləri də düşünür ki, Azərbaycandakı təcridxanalarda insanlar öldürülür, buna heç hüquq müdafiəçiləri kifayət qədər təpki vermirlər. Məsələn, Elvin Əsgərovun ölümü. Bunu nəylə izah edirsiniz?

Qənimət Zahid
Elçin Behbudov:

«GƏLİN, AÇIQ DANIŞAQ...»

«Yenə deyirəm, hər bir hüquq müdafiəçisi özünə cavabdehdir. Mənə müraciətlər olur ki, İran zindanlarında azərbaycanlılara işgəncə verilir, onlar döyülür, öldürülür. Şəxsən mən buna biganə qala bilmirəm. Elvin Əsgərova qalanda, mən bunun araşdırılmasının tərəfdarıyam. Mən öz təşəbbüsümlə Çevik Polis Alayının komandiri və 24-cü polis bölməsinin rəisi ilə görüşdüm. Qarşı tərəfi dinləmək üçün. Dinlədim də və onların fikirləri ilə cəmiyyəti tanış etdim. Sonra qəzetlərdə mənim üstümə düşdülər. Axı o mənim yox, polisin fikirləri idi. Yəni bəzən bizə qarşı da ədalətsizlik olur. Gəlin, açıq danışaq...»

Qənimət Zahid:

«TƏNQİD OLMASA, ELÇİN BEHBUDOV DA QƏDDAR ADAM OLAR...»

«Mən üzr istəyirəm, Elçin bəylə dostam, ancaq onunla razılaşmıram. İctimai tənqid olmalıdır, elə Elçin Behbudova qarşı da olmalıdır. Bu, olmasa, Elçin Behbudov da qəddar adam olar. Əksinə, tənqid onun özünə xeyirdir. Çünki bu ona polis qarşısında əks arqument verir. Onda arxasında ictimai qınaq hiss edir. Onun üçün bu, bir növ adrenalin rolunu oynayır. Elçin bəy çox nahaq hesab edir ki, o, ictimai tənqiddən kənarda qalmalıdır...»

XS
SM
MD
LG