Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:24

Saakaşvili Yerevanı münasibətləri dərinləşdirməyə çağırıb


“Gürcüstanla Ermənistan bütün mümkün vasitələrlə ikitərəfli əlaqələri daha da inkişaf etdirməlidirlər”.

"Armenia Today" portalının məlumatına görə, bunu Ermənistanda səfərdə olan Gürcüstan prezidenti Mixeil Saakaşvili deyib.

Mixeil Saakaşvili Ermənistanda riyaziyyat, fizika və informatika üzrə keçirilən Olimpiadanın bağlanması ilə bağlı mərasimdə iştirak edib.

O, növbəti Olimpiadanın Gürcüstanın Batumi və ya Kutaisi şəhərlərindən birində keçiriləcəyini deyib.

Mixeil Saakaşvili sonuncu dəfə Ermənistanda 2009-cu ilin iyununda rəsmi səfərdə olub.
Serj Sarkisyan isə ötən ilin fevralında Tiflisdə olub.
XS
SM
MD
LG