Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:53

İranla danışıqlar yenə də nəticəsiz oldu


BMT-nin təhlükəsizlik şurasının 5 daimi üzvü və Almaniya İstanbulda İranla aparılan danışıqlardan təəssüf bildiriblər.

Bu barədə beynəlxalq nümayəndə heyətinə rəhbərilk edən Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Caterina Ashton bildirib.

Onun sözlərinə görə İran heç bir ilkin şərtsiz hər hansı bir razılaşma imzalamaqdan imtina edir ki, bu qəbulolunmazdır.

O, həmçinin əlavə edib ki, hələlik elə bir yeni müzakirə nəzərdə tutulmayıb, amma qapılar İranın üzünə açıqdır.

Öz növbəsində İranın nümayəndə heyəti aparıcı dünya ölkələrini danışıqlar naminə görüçməkdə ittiham edib.

Nümayəndə heyətinin rəhbəri Abolfazl Zohrevand jurnalistlərə bildirib ki, qarşı tərəf gündəliyə elə bir ciddi məsələ çıxarmayıb və onlar sadəcə danışıq aparmaq istəyirlər.

Beynəlxalq aləm İranın uran zənginləşdirilməsi üzərində işi dayandırmasına çalışır.
Amma İranın nümayəndə heyəti bildirib ki, bu məsələ danışıqların mövzusu belə ola bilməz.

Qərb hesab edir ki, Tehran gizlicə nüvə silahı üzərində işləyir.

İran itihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

BMT-nin təhlükəsizlik şurası indiyədək İrana qarşı 4 dəfə sanksiya tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG